Bakı. Günaydın:
Martın 10-da təhsil müəssisələrində həftənin 4-cü gününə aid
dərslər tədris olunmalıdır.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə MÜTDA məlumat
yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin
müvafiq qərarına əsasən, 10 mart istirahət gününün yeri 27 mart iş
günü ilə dəyişdirilib.
Qeyd edək ki, mart ayında 18 gün qeyri-iş günü var. 20, 21, 22,
23, 24 mart tarixləri Novruz bayramı səbəbindən qeyri-iş günü
sayılır. 22, 23 mart tarixləri şənbə və bazar günü olduğundan əlavə
olaraq 25, 26 mart tarixləri də tətil günü hesab edilir.
<!—->
<!––>
Bundan əlavə, Nazirlər Kabinetinin müvafiq qərarı ilə qeyri-iş
günlərinin yeri dəyişdirilib. Bununla da 27 və 28 mart iş günləri
ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri
dəyişdirilib. Bununla da 27 və 28 mart tarixlərində də iş
olmayacaq.
31 martda ölkəmizdə Ramazan bayramı qeyd olunduğundan həmin gün
qeyri-iş günləri siyahısına daxil edilib.
Həmçinin, 1-2, 8-9, 15-16, 29-30 mart tarixləri də həftəsonuna
təsadüf edir.