Bakı. Günaydın:
Milli Qəhrəman Salatın Əsgərovanın oğlu, jurnalist Ceyhun
Əsgərov hazırda Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində
müalicə alır.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin
mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
Bildirib ki, onun vəziyyəti orta-ağır qiymətləndirilir.
<!—->
<!––>
“Yaxın günlərdə ambulator müalicə üçün evə buraxılması nəzərdə
tutulur”,- deyə o əlavə edib.
Qeyd edək ki, jurnalist Ceyhun Əsgərov dünən gecə alkoqoldan
zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.