Gunaydin.azGunaydin.az
  • Ana Səhifə
  • Rəsmi
  • Siyasət
  • İqtisadiyyat
  • Daha çox
    • Cəmiyyət
    • Səhiyyə
    • İdman
    • Sosial
    • Dünya
    • İKT
    • Vakansiya
    • Türk Dünyası
    • Mədəniyyət
    • Günaydın TV
    • Köşə Yazısı
    • Müsahibə
    • Analitika
    • Digər
    • Axtarış
  • Yaddaş
Axtar
© 2024 Günaydın.az. Bütün hüquqları qorunur.
Oxunur: Azərbaycan qadınları ən yüksək və zəngin mənəvi keyfiyyətlərə malikdirlər
Paylaş
Giriş
Font Ölçüsünü DəyişAa
Font Ölçüsünü DəyişAa
Gunaydin.azGunaydin.az
Axtar
  • Ana səhifə
  • Rəsmi
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Səhiyyə
  • İdman
  • Sosial
  • Dünya
  • İKT
  • Vakansiya
  • Türk Dünyası
  • Mədəniyyət
  • Günaydın TV
  • Köşə Yazısı
  • Müsahibə
  • Analitika
  • Digər
  • Yaddaş
  • Əlaqə
Follow US
© 2024 Gunaydin.az. Bütün hüquqları qorunur
Gunaydin.az > Xəbərlər > Siyasət > Azərbaycan qadınları ən yüksək və zəngin mənəvi keyfiyyətlərə malikdirlər
Siyasət

Azərbaycan qadınları ən yüksək və zəngin mənəvi keyfiyyətlərə malikdirlər

Son yenilənmə: 22 Aprel 2025, 22:33
22 Aprel 2025
Paylaş
6 oxunma dəqiqəsi
Azərbaycan qadınları ən yüksək və zəngin mənəvi keyfiyyətlərə malikdirlər
Paylaş

Bakı. Günaydın:

Respublikamızda dövlət səviyyəsində qeyd edilən əlamətdar
günlərdən biri də 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Bu
münasibətlə dövlətimizin başçısı qadınlara təbrik ünvanlayır,
onları fəxri adlarla, medallarla təltif edir, müxtəlif tədbirlər
təşkil olunur. Bütün bunlar Azərbaycan cəmiyyətində qadınlara olan
yüksək ehtiramın göstəricisidir.

Böyük məmnunluqla qeyd etməliyik ki, Azərbaycanda hər zaman
xalqımızın özünəməxsus milli dəyərlərindən və adət-ənənələrindən
irəli gələrək qadınlara dərin hörmətlə yanaşılıb, ana adı daim uca
tutulubdur. Eyni zamanda tarixin bütün dövrlərində Azərbaycan
qadını Vətənimizin müdafiəsində yaxından iştirak edib, siyasi və
dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümunələri
göstəribdir. Xalqımızın qədim yazılı abidəsi olan “Kitabi-Dədə
Qorqud” dastanında Azərbaycan qadınlarının savaş meydanında
göstərdiyi şücaətlər, o cümlədən Tomris, Sara Xatun, Nigar, Həcər,
Tutu Bikə kimi qəhrəmanlıq nümunəsi olan lider qadınlarımızın
fəaliyyətləri bunun bariz nümunələridir. Böyük şairimiz Nizami
Gəncəvi öz əsərlərində Məhinbanu və Nüşabə kimi qadın hökmdar,
əfsanəvi Fitnə və yeddi gözəl obrazlarını yaradıb. Görkəmli memar
Əcəmi Naxçıvani tərəfindən ucaldılan Möminə xatun türbəsi əzəmətli
memarlıq abidəsi olmaqla yanaşı xalqımızın qadına göstərdiyi
ehtiramdan xəbər verir.

Ötən əsrdən etibarən dünyada baş verən dəyişikliklər,
elmi-texniki inkişaf bütün sivil dövlətlərdə qadınların cəmiyyət
həyatında rolunun artması ilə müşayiət olunubdur. Azərbaycan qadını
bu dövrdə istər Azərbaycan Xalq Cümhuriyyəti, istərsə də, sovet
hakimiyyəti illərində yaradılan imkanlardan xalqın, dövlətin,
cəmiyyətin mənafeyi naminə çox səmərəli istifadə edib. Xüsusilə
qeyd etməliyik ki, Azərbaycan bütün dünyada qadınlara ilk seçki
hüququ verən dövlətlər sırasındadır. Şərqin ilk demokratik
respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçki
hüququ verəndə bu gün özünü demokratiyanın beşiyi sayan dövlətlərdə
belə bir hüquq yox idi.

Xalqımızın tarixdəki görkəmli qadın şəxsiyyətlərinin yüksək
ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi
müasir Azərbaycan qadınları da öz zəkaları ilə cəmiyyətimizin
yüksəlişinə layiqli şəkildə xidmət edirlər. Qeyd etmək lazımdır ki,
xalqımızın Ulu Öndəri Heydər Əliyevin 1993-cü ildə ölkə
rəhbərliyinə qayıdışından sonra qadın hüquqlarının qorunması,
gender bərabərliyi kimi məsələlər xüsusi diqqət mərkəzində
saxlanılmışdır. Müstəqil respublikamızın 1995-ci ildə qəbul olunmuş
Konstitusiyası da qadın hüquqlarını dolğun təsbit etmişdir. Ulu
Öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə
qadınların hüquqlarının qorunması və ölkəmizin sosial və siyasi
həyatında onların iştirakının artırılması məqsədilə Qadın
problemləri üzrə Dövlət Komitəsi yaradılıb.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın
siyasəti, bu istiqamətdə yaradılan ənənələr Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezident qadınların
ölkə həyatındakı yerinə və roluna, o cümlədən onların dövlət
idarəetməsində təmsil olunmalarına, müxtəlif vəzifələrdə qadınlara
etimad göstərilməsinə diqqətlə yanaşır. Qadın problemləri üzrə
Dövlət Komitəsinin Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət
Komitəsi kimi yenidən formalaşdırılması, Milli Məclis tərəfindən
“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”,
“Məişət zorakılığının qarşısının alınması haqqında” qanunların
qəbul edilməsi respublikamızda bu istiqamətdə keçirilən mütərəqqi
siyasətdən xəbər verir.

Bu gün Azərbaycan qadınları cəmiyyətin bütün sahələrində fəal
iştirak edirlər. Azərbaycan qadını həm siyasətçidir, həm
övladlarımıza bilik verən müəllimdir, həm sağlamlığımızın keşiyində
dayanan həkimdir, həm cəmiyyətin rifahına xidmət edən iş adamıdır.
Ən əsası, Azərbaycan qadınları xalqımıza məxsus yüksək mənəvi
dəyərlərin daşıyıcıları olaraq ana kimi layiqli övladlar tərbiyə
edir, böyüdür. Torpaqlarımızı işğaldan azad edən qəhrəman oğulları
vətənpərvərlik ruhunda formalaşdıranlar da ilk növbədə analardır,
Azərbaycan qadınlarıdır. Bu gün həm də şəhid anası olan Azərbaycan
qadını ən yüksək ehtirama layiqdir.

Dövlətim başçısının hər il 8 Mart Beynəlxalq Qadınlar Günü
münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik qadınlara
olan ehtiramının göstəricisidir. Prezident İlham Əliyev bir neçə
gün öncə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan
qadınlarına təbrikində ailə dəyərlərimizə dərin sədaqət nümayiş
etdirən qadınların ölkəmizin ictimai həyatında böyük nüfuza malik
olduqlarını qeyd edib:

“Ötən müddət ərzində milli dövlət quruculuğu prosesində yaxından
iştirak edərək bütün sahələrdə əzmlə çalışan qadınlarımız
Vətənimizin qüdrətinin artırılması, xalqımızın rifahının yüksəlməsi
naminə dolğun və səmərəli fəaliyyət göstərmiş, sosial-iqtisadi və
mədəni inkişafda mühüm nailiyyətlər əldə etmişlər. Müqəddəs ailə
dəyərlərimizə dərin sədaqət nümayiş etdirən qadınlarımız ölkəmizin
ictimai həyatında böyük nüfuza malikdirlər. Əminəm ki, onlar gənc
nəslin Vətənə və milli ideallara bağlılıq ruhunda yetişməsi üçün
bundan sonra da qüvvələrini əsirgəməyəcək, həmçinin ictimai-mənəvi
mühitimizi yeni töhfələrlə zənginləşdirəcəklər”.

Azərbaycanda qadın hərəkatının inkişafında Respublikamızın
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın böyük xidmətləri var. Məhz Mehriban Əliyeva
özünün siyasi-ictimai fəaliyyəti ilə həm ölkəmizdə, həm də
beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da ucaldır.
Azərbaycan qadınları üçün xarakterik olan milli dəyərlər və yüksək
mənəvi keyfiyyətlər Mehriban Əliyevanın fəaliyyətində özünü
göstərir. Mehriban Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza
xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin
uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və
xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi
dəyərlərə malik olduğunun bariz nümunəsidir.

Respublikamızda həyata keçirilən mütərəqqi dövlət siyasətinin və
xalqımızın yüksək milli-mənəvi keyfiyyətlərinin nəticəsi olaraq
qadınların cəmiyyətdəki layiqli mövqeyi hər zaman qorunub
saxlanacaq. 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları
təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayıram.
Bayramınız mübarək, əziz xanımlar!

Xanlar Fətiyev,
Milli Məclisin deputatı

Bunları bəyənə bilərsiniz

Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib (FOTO)

Azərbaycan XİN Aregentinaya başsağlığı verib

Birinci vitse-prezident Mehriban Əliyeva 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib (FOTO)

Bakı diqqətlə izləyir: Avropa İttifaqı indi nə etmək istəyir?

Qadınlarımız cəmiyyətdə mühüm rol oynayır – Kamaləddin Qafarov

Xəbəri Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Linki Kopyala Çap
Paylaş
Əvvəlki Xəbər SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb
Sonrakı Xəbər Sabunçuda narkotik satışını təşkil edən 5 nəfər saxlanılıb Sabunçuda narkotik satışını təşkil edən 5 nəfər saxlanılıb
Şərhinizi yazın Şərhinizi yazın

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər Lenti

Papa Fransiskin səhhətində irəliləyiş müşahidə olunur
Papa Fransiskin səhhətində irəliləyiş müşahidə olunur
Dünya 23 Aprel 2025
“Bitcoin” dəyər itirdi - Kriptovalyuta bazarının son göstəriciləri (SİYAHI)
“Bitcoin” dəyər itirdi – Kriptovalyuta bazarının son göstəriciləri (SİYAHI)
İqtisadiyyat 23 Aprel 2025
Magistral xətdə baş verən qəza səbəbindən Bakının bu ərzilərində su olmayacaq
Magistral xətdə baş verən qəza səbəbindən Bakının bu ərzilərində su olmayacaq
Cəmiyyət 23 Aprel 2025
Holand İngiltərə Premyer Liqasının tarixinə düşüb
Holand İngiltərə Premyer Liqasının tarixinə düşüb
İdman 23 Aprel 2025
Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var
Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var
Digər 23 Aprel 2025
Yaponiya 5,7 bal gücündə zəlzələ baş verib
Yaponiya 5,7 bal gücündə zəlzələ baş verib
Dünya 23 Aprel 2025
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb
İqtisadiyyat 23 Aprel 2025
Milli Məclisin deputatı Moldovada elmi-praktik konfransda iştirak edəcək
Milli Məclisin deputatı Moldovada elmi-praktik konfransda iştirak edəcək
Cəmiyyət 23 Aprel 2025
Misli Premyer Liqasının XXVII turu başa çatıb (ƏLAVƏ OLUNUB)
Misli Premyer Liqasının XXVII turu başa çatıb (ƏLAVƏ OLUNUB)
İdman 23 Aprel 2025
Sabunçuda narkotik satışını təşkil edən 5 nəfər saxlanılıb
Sabunçuda narkotik satışını təşkil edən 5 nəfər saxlanılıb
Digər 23 Aprel 2025
SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb
SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb
İqtisadiyyat 22 Aprel 2025
Orxan Fikrətoğlu mədəniyyət nazirinin müşaviri təyin olundu
Orxan Fikrətoğlu mədəniyyət nazirinin müşaviri təyin olundu
Mədəniyyət 22 Aprel 2025
Zamiq Əliyevin komandası Albaniya çempionatında liderliyini qoruyur
Zamiq Əliyevin komandası Albaniya çempionatında liderliyini qoruyur
İdman 22 Aprel 2025
Bakıda taxta bazarı ərazisində yanğın olub (VİDEO)
Bakıda taxta bazarı ərazisində yanğın olub (VİDEO)
Digər 22 Aprel 2025

Günaydın.az Sosial Mediada

235.3kİzləyənlərBəyən
69.1kİzləyənlərİzlə
11.6kİzləyənlərPin
56.4kİzləyənlərİzlə
136kSubscribersAbunə ol
4.4kİzləyənlərİzlə
Gunaydin.azGunaydin.az
Follow US
© 2024 Günaydın.az. Bütün hüquqları qorunur. Yazı və media faylların paylaşılması zamanı istinad məcburidir
Günaydın!

Hesabınıza daxil olun

Şifrənizi unutmusunuz?