Bakı. Günaydın:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhərinin Nərimanov rayonunda yerləşən “Dərnəgül” taxta bazarı
adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal
əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və
təxirəsalınmaz tədbirlər sayəsində bazar ərazisində taxta satışı
məntəqəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər
satış nöqtələrinə keçməsinə imkan verilmədən qısa müddətdə
söndürülüb.
<!—->
<!––>
Yanğın nəticəsində 140kv.m. sahədə taxta altlıqlar, 2 ədəd
dəzgah, 6kv.m. sahədə taxta konstruksiyadan ibarət gözətçi otağı və
6kv.m. sahədə satış köşkü yanıb.
Bazar ərazisində olan digər tikililər və materiallar yanğından
mühafizə olunub.