Bakı. Günaydın:
Kommersiya və (və ya) vergi sirri hesab olunan məlumatların
siyahısı genişləndirilir.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar
iclasında müzakirə olunan Vergi Məcəlləsinə dəyişiklik edilməsi
barədə qanun layihəsində öz əksini tapıb.
Dəyişikliyə əsasən, habelə benefisiar mülkiyyətçiləri
barədə məlumatlar da vergi sirri və şəxsi həyata dair
məlumat hesab olunacaq.
<!—->
<!––>
Bundan əlavə “Kommersiya sirri haqqında” Qanuna təklif edilən
dəyişikliyə əsasən, habelə benefisiar mülkiyyətçiləri
barədə məlumatlar da kommersiya sirri hesab edilən
məlumatlar sayılacaq.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda
qəbul olunub.