Bakı. Günaydın:
Nyu-Cersi ştatında 14 yaşlı yeniyetmə polis əməkdaşlarına atəş
açıb, nəticədə bir məmur ölüb, digəri isə yaralanıb.
Trend-in
məlumatına görə, bu barədə CBS News xəbər yayıb.
<!—->
<!––>
Hadisə martın 7-də baş verib, polis bir qrup silahlı
yeniyetmənin xəbərinə reaksiya verdikdə təqib zamanı şübhəli
yeniyetmə polis məmurunu vurub. Xəsarət alan şübhəli polis
tərəfindən saxlanılıb və məmuru öldürməkdə ittiham olunub.