Bakı. Günaydın:
Mədəniyyət nazirinə yeni müşavir təyin olunub.
Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri
ilə bu vəzifəyə Əməkdar incəsənət xadimi, yazıçı, publisist Orxan
Fikrətoğlu (Orxan Sadıqov) təyinat alıb.
<!—->
<!––>
O, Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri üzrə bir neçə
vacib sahənin koordinasiyasını həyata keçirəcək.
Orxan Fikrətoğlu uzun müddət müxtəlif media orqanlarında və bir
sıra qurumlarda fəaliyyət göstərib.
Bu təyinatadək Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan
Respublikası Kino Agentliyinin baş direktorun səlahiyyətlərini
müvəqqəti icra edib.