Gunaydin.azGunaydin.az
  • Ana Səhifə
  • Rəsmi
  • Siyasət
  • İqtisadiyyat
  • Daha çox
    • Cəmiyyət
    • Səhiyyə
    • İdman
    • Sosial
    • Dünya
    • İKT
    • Vakansiya
    • Türk Dünyası
    • Mədəniyyət
    • Günaydın TV
    • Köşə Yazısı
    • Müsahibə
    • Analitika
    • Digər
    • Axtarış
  • Yaddaş
Axtar
© 2024 Günaydın.az. Bütün hüquqları qorunur.
Oxunur: Xüsusi implant vasitəsilə beyin dalğalarını təbii nitqə çevirmək mümkün olacaq
Paylaş
Giriş
Font Ölçüsünü DəyişAa
Font Ölçüsünü DəyişAa
Gunaydin.azGunaydin.az
Axtar
  • Ana səhifə
  • Rəsmi
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Səhiyyə
  • İdman
  • Sosial
  • Dünya
  • İKT
  • Vakansiya
  • Türk Dünyası
  • Mədəniyyət
  • Günaydın TV
  • Köşə Yazısı
  • Müsahibə
  • Analitika
  • Digər
  • Yaddaş
  • Əlaqə
Follow US
© 2024 Gunaydin.az. Bütün hüquqları qorunur
Gunaydin.az > Xəbərlər > İKT > Xüsusi implant vasitəsilə beyin dalğalarını təbii nitqə çevirmək mümkün olacaq
İKT

Xüsusi implant vasitəsilə beyin dalğalarını təbii nitqə çevirmək mümkün olacaq

Son yenilənmə: 22 Aprel 2025, 00:00
22 Aprel 2025
Paylaş
4 oxunma dəqiqəsi
main-post-cover
Paylaş
     Xeyli sayda insan xəstəliklər nəticəsində nitq qabiliyyətini itirir, baxmayaraq ki, onların idrak funksiyaları toxunulmaz qalır. Buna görə də süni zəka sahəsindəki irəliləyişlər fonunda bir çox tədqiqatçılar beynə implantasiya edilən çiplərlə neyron şəbəkələrin birləşməsi yolu ilə təbii nitqin sintezinə fokuslanıblar. Əgər bu texnologiya uğurlu alınsa, beyin iflici və ya autizm kimi vəziyyətlər səbəbindən səslənmədə çətinlik çəkən insanlara kömək məqsədilə daha geniş şəkildə tətbiq oluna bilər. Uzun müddət ərzində əsas investisiyalar və alimlərin diqqəti, ağır əlilliyi olan şəxslərə klaviatura istifadə etməyə, robotlaşdırılmış qolları idarə etməyə və ya iflic olmuş bədən hissələrindən qismən istifadəni bərpa etməyə imkan verən implantlara yönəlmişdi.

     Eyni zamanda, bir çox tədqiqatçılar düşüncə modellərini danışığa çevirən vokalizasiya texnologiyalarının hazırlanmasına da fokuslanıblar. “Biz böyük irəliləyişə nail oluruq. Səsin beyindən süni səsə ötürülməsini iki danışan insan arasında olan söhbət qədər axıcı etmək bizim əsas məqsədimizdir” – deyə Kaliforniya Universitetinin neyrocərrahı Edward Chang bildirib. “İstifadə etdiyimiz süni zəka alqoritmləri getdikcə sürətlənir və biz hər yeni iştirakçı ilə birlikdə daha çox şey öyrənirik”. 2025-ci ilin mart ayında Chang və həmkarları Nature Neuroscience jurnalında bir məqalə dərc ediblər. Orada 18 il əvvəl insult keçirdikdən sonra danışa bilməyən iflic olmuş bir qadınla apardıqları iş təsvir olunub. Alimlərin köməyi ilə qadın, 1024 fərqli sözdən ibarət cümlələri səssiz şəkildə tələffüz etməyə çalışaraq neyron şəbəkəni öyrədib.
     Daha sonra onun səsinin səslənməsi, neyron məlumatlarının birbaşa nitq sintezi və mətn deşifrə modelinə ötürülməsi ilə həyata keçirilib. Bu texnologiya xəstənin beyin siqnalları ilə alınan səs arasındakı gecikməni ilkin 8 saniyədən 1 saniyəyə qədər azaltmağa imkan verib. Bu nəticə artıq adi danışıq üçün təbii sayılan 100-200 millisaniyəlik zaman intervalı ilə müqayisə edilə bilər. Sistemin median deşifrə sürəti dəqiqədə 47.5 sözə çatıb ki, bu da təxminən adi söhbət sürətinin üçdə birinə bərabərdir. Oxşar araşdırmalar Precision Neuroscience şirkəti tərəfindən də aparılıb. Şirkətin baş direktoru Michael Mager bildirib ki, onların yanaşması “elektrodların daha sıx yerləşdirilməsi” sayəsində beyin siqnallarını daha yüksək dəqiqliklə tutmağa imkan verir.

     Hazırda Precision Neuroscience 31 pasient üzərində uğurlu təcrübələr aparıb və hətta tənzimləyici qurumlardan sensorlarını bədəndə 30 günə qədər implantasiya olunmuş vəziyyətdə saxlamaq üçün icazə də alıb. Mager iddia edir ki, bu, 1 il ərzində neyron şəbəkəni “Yer üzərində mövcud olan ən böyük və yüksək dəqiqlikli neyron məlumat bazası” üzərində öyrətməyə imkan verəcək. Mager-in sözlərinə görə, növbəti addım “komponentlərin miniatür halına gətirilməsi və onların bədənə daimi yerləşdirilə bilməsi üçün hermetik, biouyğun kapsullara yerləşdirilməsi” olacaq.
     “Beyin-səs” texnologiyasının hazırlanması və istifadəsində ən ciddi maneə, pasientlərin bu sistemdən istifadə etməyi öyrənməsi üçün tələb olunan vaxtdır. Əsas cavabsız suallardan biri isə, fərqli insanlarda beyin qabığının hərəkətə cavab verən (motor) bölgəsində – yəni könüllü hərəkətləri, o cümlədən danışığı idarə edən sahədə – cavab nümunələrinin nə dərəcədə fərqli olduğudur. Əgər bu nümunələr oxşar olsa, əvvəlcədən öyrədilmiş modellər yeni pasientlər üçün də istifadə edilə bilər. Bu da fərdi öyrədilmə prosesini – hansı ki, onlarla, hətta yüzlərlə saat çəkə bilər – xeyli sürətləndirər.

     Vokalizasiya sahəsində çalışan bütün tədqiqatçılar “daxili düşüncələrin deşifrə olunmasının” – yəni insanın səsləndirmək istəmədiyi fikirlərin açıqlanmasının – yolverilməzliyi mövzusunda həmfikirdirlər. Alimlərdən biri bildirib: “Çoxlu fikirlər var ki, onları ucadan demirəm, çünki ya özümə zərər verə bilər, ya da başqalarına ziyan toxundura bilər”. Hazırda alimlər, orta statistik insanın adi danışığı ilə müqayisə oluna biləcək səviyyədə vokalizasiyadan hələ uzaqdırlar. Dekodlaşdırma dəqiqliyi 98%-dək artırılsa da, səsin çıxışı ani baş vermir və nitqin ton və əhval-ruhiyyə kimi vacib xüsusiyyətlərini ötürə bilmir. Alimlər ümid edirlər ki, nəticə etibarilə onlar insan səsinin bütün ifadə imkanlarını təmin edən bir səs neyroprotezi hazırlaya biləcəklər. Bu cihaz sayəsində pasientlər nitqlərinin tonunu və ritmini idarə edə, hətta mahnı oxuya biləcəklər.
Mənbə: Arstechnica

Bunları bəyənə bilərsiniz

5 dəqiqəyə 520 km məsafəyə yetəcək qədər enerji yığan elektromobil batareyası təqdim edilib

İldırımötürücü özəlliyə sahib ilk dron hazırlanıb

Google DeepMind-ın rəhbəri süni zəkanın gələcəyi haqqında danışıb

Gemini-nin Galaxy cihazlarına öncədən quraşdırılması üçün Google Samsung-a külli miqdarda vəsait ödəyirmiş

Google öz biznesinin potensial bölünməsinə qaşıdır

Xəbəri Paylaş
Facebook Twitter Whatsapp Whatsapp Telegram Linki Kopyala Çap
Paylaş
Əvvəlki Xəbər Abşeronda 2 nəfərdən narkotik vasitə aşkar edildi: saxlanılanlar var Abşeronda 2 nəfərdən narkotik vasitə aşkar edildi: saxlanılanlar var
Sonrakı Xəbər Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə üç medalla təltif olunub Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə üç medalla təltif olunub
Şərhinizi yazın Şərhinizi yazın

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər Lenti

Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib (FOTO)
Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib (FOTO)
Siyasət 23 Aprel 2025
Papa Fransiskin səhhətində irəliləyiş müşahidə olunur
Papa Fransiskin səhhətində irəliləyiş müşahidə olunur
Dünya 23 Aprel 2025
“Bitcoin” dəyər itirdi - Kriptovalyuta bazarının son göstəriciləri (SİYAHI)
“Bitcoin” dəyər itirdi – Kriptovalyuta bazarının son göstəriciləri (SİYAHI)
İqtisadiyyat 23 Aprel 2025
Magistral xətdə baş verən qəza səbəbindən Bakının bu ərzilərində su olmayacaq
Magistral xətdə baş verən qəza səbəbindən Bakının bu ərzilərində su olmayacaq
Cəmiyyət 23 Aprel 2025
Holand İngiltərə Premyer Liqasının tarixinə düşüb
Holand İngiltərə Premyer Liqasının tarixinə düşüb
İdman 23 Aprel 2025
Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var
Beyləqanda iki avtomobil toqquşdu: xəsarət alanlar var
Digər 23 Aprel 2025
Azərbaycan XİN Aregentinaya başsağlığı verib
Azərbaycan XİN Aregentinaya başsağlığı verib
Siyasət 23 Aprel 2025
Yaponiya 5,7 bal gücündə zəlzələ baş verib
Yaponiya 5,7 bal gücündə zəlzələ baş verib
Dünya 23 Aprel 2025
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşıb
İqtisadiyyat 23 Aprel 2025
Milli Məclisin deputatı Moldovada elmi-praktik konfransda iştirak edəcək
Milli Məclisin deputatı Moldovada elmi-praktik konfransda iştirak edəcək
Cəmiyyət 23 Aprel 2025
Misli Premyer Liqasının XXVII turu başa çatıb (ƏLAVƏ OLUNUB)
Misli Premyer Liqasının XXVII turu başa çatıb (ƏLAVƏ OLUNUB)
İdman 23 Aprel 2025
Sabunçuda narkotik satışını təşkil edən 5 nəfər saxlanılıb
Sabunçuda narkotik satışını təşkil edən 5 nəfər saxlanılıb
Digər 23 Aprel 2025
Azərbaycan qadınları ən yüksək və zəngin mənəvi keyfiyyətlərə malikdirlər
Azərbaycan qadınları ən yüksək və zəngin mənəvi keyfiyyətlərə malikdirlər
Siyasət 22 Aprel 2025
SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb
SOCAR-ın “yaşıl istiqraz”larının Bakı Fond Birjasında tədavülünə başlanıb
İqtisadiyyat 22 Aprel 2025

Günaydın.az Sosial Mediada

235.3kİzləyənlərBəyən
69.1kİzləyənlərİzlə
11.6kİzləyənlərPin
56.4kİzləyənlərİzlə
136kSubscribersAbunə ol
4.4kİzləyənlərİzlə
Gunaydin.azGunaydin.az
Follow US
© 2024 Günaydın.az. Bütün hüquqları qorunur. Yazı və media faylların paylaşılması zamanı istinad məcburidir
Günaydın!

Hesabınıza daxil olun

Şifrənizi unutmusunuz?