Bakı. Günaydın:
Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi
“Eqnatia” Albaniya çempionatında liderliyini davam etdirir.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, komanda 30-cu tur çərçivəsində evdə “Tirana” ilə qarşılaşıb və
oyun 1:1 hesabı ilə başa çatıb. Bu nəticə ilə “Eqnatia”nın xalı
54-ə yüksəlib.
<!—->
<!––>
Zamiq Əliyev matçın 45+5-ci dəqiqəsində sarı vərəqə ilə
cəzalandırılıb.
Qeyd edək ki, hər iki komanda bir futbolçusunu qırmızı vərəqə
ilə itirib və oyunu on nəfərlə başa vurub.