Bakı. Günaydın:
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Argentina
tərəfinə dağıdıcı daşqınlar nəticəsində insanların ölümü ilə
əlaqədar başsağlığı verib.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə Azərbaycan XİN-nin “X” sosial şəbəkəsindəki
paylaşımda deyilir.
“Argentinada çoxlu insan tələfatına, bir neçə nəfərin itkin
düşməsinə və infrastruktura ciddi ziyan vurulmasına səbəb olan
dağıdıcı daşqınlardan təsirlənmiş hər kəsə ən dərin başsağlığımızı
bildiririk.
Bu fəlakətdən ən çox zərər çəkmiş icmaların tez və effektiv
bərpasını və normal həyatın qısa müddətdə bərpa olunmasına ümid
edirik”, – deyə paylaşımda bildirilir.
Baya Blanka liman şəhəri və onun ətraf ərazilərində daşqınlar
cümə günü güclü yağış səbəbindən baş verib və bu təbii fəlakət
10-dan çox insanın ölümünə səbəb olub. Bir gün ərzində təsirlənmiş
əraziyə təxminən 300 mm yağıntı düşüb ki, bu da şəhər üçün tarixi
maksimumdur.