Bakı. Günaydın:
Erlinq Holand İngiltərə Premyer Liqasının tarixinə düşüb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki,
“Mançester Siti”nin hücumçusu qol+pas göstəricisində 100 xal
həddinə ən tez çatan futbolçu olub.
<!—->
<!––>
Norveçli forvard 94-cü oyununda bu uğurla yadda qalıb. Holand
29-cu turda “Brayton”un qapısına penaltidən yol tapmaqla tarixi
nəticəyə imza atıb. O, ingilis əfsanə Alan Şirerin 100 matçda əldə
etdiyi nailiyyəti yaxşılaşdırıb.
Qeyd edək ki, Erlinq İngiltərə çempionatında 84 qol vurub və 16
ötürmə verib.