Bakı. Günaydın:
Bu gün Misli Premyer Liqasının XXVII turuna yekun vurulub.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, turun son günündə iki maraqlı qarşılaşma baş tutub. İlk oyunda
“Səbail” öz meydanında “Neftçi”ni qəbul edib. Qonaqlar bu matçda
2:1 hesabı ilə qalib gəliblər.
Turun sonuncu qarşılaşmasında isə “Turan Tovuz” ev sahibliyi
etdiyi “Sumqayıt”la qarşılaşıb. Bu oyunda da qonaqlar üstün olub və
“Sumqayıt” 2:1 hesabı ilə qalib gəlib.
XXX
18:56
Misli Premyer Liqasının XXVII turunda “Neftçi” səfərdə
“Səbail”i” 2:1 hesabı ilə məğlub edib.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, “ASCO Arena”da baş tutan matçda Samir Abasovun rəhbərlik etdiyi
komanda qalib gəlib.
“Neftçi”nin heyətində Filip Ozobiç (17-ci dəqiqə) və Elvin
Camalov (29-cu dəqiqə) fərqlənib. “Səbail”in yeganə qolunu isə
43-cü dəqiqədə Rüfət Abdullazadə vurub.
Bu nəticədən sonra “Neftçi” xallarını 31-ə yüksəldərək turnir
cədvəlində altıncı pillədə qərarlaşıb. “Səbail” isə 18 xalla
sonuncu – onuncu pillədə qalıb.
<!—->
<!––>
Turun son oyunu bu gün Tovuz şəhər stadionunda “Turan Tovuz”la
“Sumqayıt” arasında keçiriləcək. Matç saat 18:30-da başlayacaq.
Qeyd edək ki, turun əvvəlki matçlarında aşağıdakı nəticələr
qeydə alınıb:
“Araz-Naxçıvan” – “Şamaxı” (1:1)
“Kəpəz” – “Qarabağ” (0:0)
“Sabah” – “Zirə” (1:1)
XXX
09:15
Bu gün Misli Premyer Liqasının XXVII turu iki qarşılaşma ilə
başa çatacaq.
Trend-in
məlumatına görə, günün ilk oyunu “Səbail” və “Neftçi” komandaları
arasında keçiriləcək.
“ASCO Arena”da baş tutacaq matç saat 16:00-da start götürəcək.
Hazırda “Neftçi” 28 xalla turnir cədvəlinin 7-ci pilləsində
qərarlaşıb, 18 xala malik “Səbail” isə sonuncu – 10-cu
yerdədir.
Tura yekun vuran görüş isə Tovuz şəhər stadionunda “Turan Tovuz”
və “Sumqayıt” arasında baş tutacaq. Qarşılaşma saat 18:30-da start
götürəcək. Turnir cədvəlində 43 xalla 4-cü pillədə qərarlaşan
“Turan Tovuz” komandası, 25 xala sahib “Sumqayıt” klubunu (8-ci
yer) qəbul edəcək.