Bakı. Günaydın:
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik
vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam
etdirilir. Daxil olan məlumat əsasında keçirilən əməliyyat
nəticəsində əvvəllər məhkum olunmuş 29 yaşlı O.Cabbarov saxlanılıb.
Onun üzərindən 7 kiloqram tiryək, marixuana, psixotrop tərkibli
tramadol və preqabalin həbləri aşkarlanıb.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti
məlumat yayıb.
Bildirilib ki, paytaxtın Sabunçu rayonu ərazisində isə
narkotiklərin satışını təşkil edən 5 nəfər – R.Həsənov, Ə.Əskərov,
S.İbadov, E.Mənsurov və K.Xudaverdiyev saxlanılıblar.
<!—->
<!––>
Onlardan da ümumilikdə 7 kiloqram marixuana aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.