Bakı. Günaydın:
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana
Silyanovska-Davkova martın 10-da Azərbaycan Respublikasına rəsmi
səfərə gəlib.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev
Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi
düzülmüşdü.
Şimali Makedoniya Prezidentini hava limanında Azərbaycan
Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici
işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər
qarşıladılar.