Cəmiyyət həyatında, ümumən dünyada gedən ictimai-siyasi proseslərdə və sivilizasiyalararası dialoqda dünya dinlərinin və milli mədəniyyətlərin qarşılıqlı münasibətləri mühüm əhəmiyyət kəsb edir.
Müstəqil Azərbaycan dövlətində də din azaddır. Hər kəsin də dinə müstəqil münasibətin göstərə bilər. Bunun təsdiqi Azərbaycan Respublikasının Konstitusiyasında belə verilmişdir:
“Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.”
Azərbaycan müsəlman ölkəsi olmaqla, dünyəvi və çox konfeksiyalı dövlətdir. Islam dini ölkəmizdə tarixi- mənəvi irsin, mədəniyyətin, milli mentalitetin ayrılmaz hissəsi kimi qəbul edilir. Azərbaycan tarixinin heç bir dönəmində milli-dini zəmində qarşıdurmanın və ayrı seçkiliyin olmadığı nadir ölkələrdən biridir. Əsrlər boyu müxtəlif xalqların, dini konfessiyaların təmsilçiləri burada dinc yanaşı və əmin- amanlıqla yaşamışlar. Ümummilli Liderimiz Heydər Əliyev belə demişdir: “Bizim xalqımız həmişə dostluğu,qardaşlığı, mehribanlığı möhkəmləndirməyə cəhd göstərmiş, insanların dini mənsubiyyətindən asılı olmayaraq onların arasında sülh və əmin-amanlıq, mehribanlıq əlaqələrinin olmasına çalışmışdır.”
Azərbaycan ərazisində bütün etnik və dini qrupların mehriban bir ailə kimi sülh və əmin-amanlıq şəraitində yaşamasında, regionun inkişafı üçün çalışmasında, ümumiyyətlə bu böyük nailiyyətin əldə edilməsində və nəsildən- nəsilə ötürülməsində ölkəmizin əsas əhalisi olan azərbaycanlıların və aparıcı dini olan İslamın, eyni zamanda digər xalqların və dinlərin misilsiz xidmətləri olmuşdur.
Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da eyni funksiyanı uğurla davam etdirir. Son illərdə ölkəmizdəki dini dözümlülük, ümumiyyətlə tolerantlıq mühiti Ümummilli Lider Heydər Əliyevin dövlət-din münasibətlərinin daha da təkmilləşməsi sahəsində aparılan müdrik siyasətinə uyğun olaraq daha da möhkəmlənmiş, ümumdövlət siyasətinin aparıcı istiqamətlərindən birinə çüvrilmişdir. Xalqımızın xarakterik keyfiyyəti olan multukulturualizmin daha da inkişaf etdirilməsi üçün hüquqi baza yaradılmış və bu sahə dövlətin qayğısı ilə əhatə olunmuşdur.
“Azərbaycanda qədim dövrlərdən müxtəlif xalqların nümayəndələri yaşamış, bir çox xalqların dinləri mövcud olmuşdur. Azərbaycan və onun xalqı həmişə dini dözümlülüyü ilə fərqlənmişdir. Mən şadam ki, burada hamı geyd etdi və bu həqiqətən belədir. Azərbaycanda heç vaxt dini zəmində bir münaqişə, heç bir toqquşma olmamışdır. Hətta ötən əsrin 80-ci illərin axırı- 90-ci illərin əvvəllərindəki ağır dövrdə belə heç bir mənfi fakt qeydə alınmamışdır. Bu gün müstəqil Azərbaycanda biz hər insanın azadlığı üçün, o cümlədən, dini mənsubiyyət azadlığı, vicdan azadlığı üçün hər cür şərait yaratmışıq. Hər kəs hansı dinə mənsubdursa, həmin dinə etiqad edir. Lakin bu, Azərbaycanda insanların mehriban, qarşılıqlı anlaşma şəraitində yaşamasına mane olmur, burada milli-dini mənsubiyyətlə əlaqədar heç bir ayrı-seçkilik yoxdur” – söyləyən Ümummilli Lider Heydər Əliyevin multikulturalizm, tolerantlıq anlayışına spesifik baxışları idi. Beynalxalq tolerantlıq günü münbasibəti ilə ölkədəki dini konfessiyaların başçıları ilə görüşündə tolerantlıq anlayışının geniş məna tutumuna toxunaraq Ümummilli Lider bu məfhumun qısa və lakonik izahını belə vermişdir: “Tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O, həm insan cəmiyyətində gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir.... O, təkcə dinlərin bir-birinə dözümlülüyünü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir”.
H.Əliyev müstəqil Azərbaycanımızda multikultural məsələlərində də çox önəmli addımlar atmışdır. Belə ki, o, digər dinlərin və xalqların xidmətlərini də nəzərdən qaçırmamışdır. Noyabr ayının 16-ı 1999-cu ildə ölkəmizdə fəaliyyət göstərən dini rəhbərlərlə görüşündə bu anı xüsusi olaraq qeyd etmişdir: “Əlbəttə, Azərbaycanda mövcud olan millətlərarası, dinlərinarası, etnik vəziyyət yüksək qiymətə layiqdir. Bu, hamının-həm azərbaycanlıların, həm rusların, həm ukraynalıların, həm yəhudilərin, digər millətlərdən olan insanların, o cümlədən bizim dini konfessiyaların- azərbaycanda başlıca dinimiz olan islam dininin, xristian-pravoslav, yəhudu dinlərinin səyləri ilə əldə edilmişdir.”
Azərbaycan Respublikası çoxmillətli bir dövlət olduğundan Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, irqindən, dilindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir. H.Əliyiv TəzəPir Məscidindəki çıxışında belə deyir: “Hər bir şəxs hürrdür, azaddır, hər bir şəxs öz daxili aləminə müvafiq olaraq öz amallarını,öz fikirlərini həyata keçirə bilər. Ona görə də bizim Qurani Kərim bunu göstərir və biz bu yolla gedirik. Çünki İslam dini başqa dinlərə həmişə hüsnü rəğbətlə yanaşıb, heç vaxt başqa dinlərin ehkamlarına qarşı olmayıb və başqa dinlərə mənsub adamlarla və qardaşlıq əlaqələri yaratmağa çalışıbdır. Bu bizim tariximizin çox səhifələrində qeyd olunubdur.”
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda multikulturalizmin ən yüksək səviyyədə olduğunu və hətta daha da irəliyə doğru gedəcəyini bildirmişdir. İslam dininin də multukultural sahədə tarixdə görülməmiş hadisələri olmuşdur. Bunun təsirini Azərbaycanda və hətta Qafqazda da biruzə verdiyini Heydər Əliyev belə demişdir: “Dünyada bir çox dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri vardır. Biz azərbaycanlılar İslam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişık, düşmənçilik etməmişik, ədavət apamamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük,başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq İslam dəyərlərinin xüsusiyyətidir. Bu tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapıbdır. Azərbaycanda İslam dini ilə yanaşı xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var.”
2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan II Aleksi ölkəmizdəki multikulturalizm mühitinə heyran qalaraq öz səmimi etirafını belə bildirmişdir: “Burada pravoslavlar heç bir sıxışdırmaya məruz qalmadan öz dinlərinə və əqidələrinə etiqad edirlər. Hətta, bu cür şərait təəssüf ki, bəzi pravoslav ölkələrində belə yoxdur.”
Roma Papası Bakıya səfərə gələrkən öz fikrini “Azərbaycanda dinlər arasında mövcud tolerantlıq və dözümlülük münasibətləri dünyanın bir çox ölkələri üçün nümunə ola bilər”- şəklində ifadə etmişdir.
Rum Patriarxı I Varfolomeyin Azərbaycana səfəri zamanı buradakı multikulturualizmin ən yükək səviyyəyə qalxdığını görərək belə etiraf edir: “Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir Azərbaycanı çox sevdim. Bu ölkənin rifahı və xoşbəxtliyi üçün dua edəcəyim.”
Ümummilli Liderimizin Azərbaycan dövləti və xalqı qarşısındaən böyük xidmətlərindəndir ki, vətəndaşların milliyyətindən, dinindən, məzhəbindən və əqidəsindən asılı olmayaraq qanun qarşısında bərabərliyinin təmin olunduğu mükəmməl idarəçilik sistemi formalaşdı. Bu təkçə insan hüquqlarının qorunmasl deyil, həm də ölkədə multikulturializmin möhkəmlənməsi və inkişafı üçün böyük zəmin yaratdı. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil, eyni zamanda bir çox xristian və yəhudi dini tədris müəssələri sərbəst və heç bir maneə olmadan fəaliyyət göstərir.
Tarixən dinlərin və mədəniyyətlərin qovşağı olmuş Azərbaycan İslamla yanaşı, digər səmavi dinlər- xristianlıq, yəhudiliklə birlikdə yaşamışdır. Əslində Azərbaycan ərazisi bütün dövrlərdə dini ayrı-seçkilikdən əziyyət çəkən insanlar üçün sığınacaq rolunu oynamışdır. Bu səbəblərdən Azərbaycana pənah gətirənlərin sayəsində əhalisinin tərkibi həm etnik, həm dini, həm də məzhəb baxımından çox zəngindir. Məhz H.Əliyevin: “İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o, dini mənsubiyyətindən asılı olmayaraq həmişə insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir” -deməsi Azərbaycanın həm ölkə daxilində, həm də dünyada multikultural sahədə öndə gedən ölkələrdən olduğunu təsdiq edir.
Xalqımızın çoxəsrlik tolerant və birgəyaşayış ənənələri,bu dəyərlərin qorunub-saxlanması və təşviqi istiqamətində aparılan nüminəvi din siyasəti Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda nümunəvi multikultural və birgəyaşayış modeli formalaşıb. Əhalinin əksəriyyətini müsəlmanlardan təşkil edən Respublikamızda bütün dini konfessiyaların nümayəndələrinin dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmuşdur.
Müşviq Əsgərov
Dinşünas,
Ankara Universiteti İlahiyyat fakültəsi məzunu