18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının C liqasında növbəti oyununu keçirib.
 
Tahir Baxşiyevin rəhbərlik etdiyi yığma San Marinoda keçirilən yarışda Ermənistanla üz-üzə gəlib.
Oyun basketbolçularımızın inamlı qələbəsi ilə başa çatıb. Millimiz erməniləri 76: 65 hesabı ilə məğlub edib.
 
Bununla da komandamız ardıcıl 3-cü qələbəsini qazanaraq, 6 xalla qrup liderliyinə yüksəlib. Yığmamız bu qələbə ilə qrupdan çıxmağı təmin edərək adını yarımfinala yazdırıb. Təmsilçimiz Ermənistandan öncə Lüksemburqa (75:71) və Cəbəllütariqə (115:60) qalib gəlib.
 
Qeyd edək ki, milli qrupdakı növbəti matçını Moldova komandasına qarşı keçirəcək. Oyun iyulun 28-də Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.
 
Baxış sayı: 322
Paylaş: