“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferensvaroş”la ilk oyununun vaxtı müəyyənləşib.
 
 Azərbaycan çempionu Macarıstan təmsilçisini avqustun 3-də qəbul edəcək.
 
Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.
 
Komandalar arasında Macarıstandakı səfər görüşü avqustun 9-da keçiriləcək.
Baxış sayı: 727
Paylaş: