Ukraynada gənc azərbaycanlı iş adamı öldürülüb.
 
Gunaydin.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 33 yaşlı Seymur Qəniyev bıçaqlanaraq qətlə yetirilib.
 
Onun hansı şəraitdə, hansı səbəbdən və kim tərəfindən öldürülməsi hələlik məlum deyil.
 
Qeyd edək ki, Seymur Qəniyev əslən Kürdəmir rayonundandır. O, Kürdəmirdə məşhur olan “Bığ” restoranının sahibi, mərhum Səyyad Qəniyevin qardaşı oğludur.
 
Baxış sayı: 232
Paylaş: