Cəlilabad rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Namiq Zeynalov barəsindəki hökmdən apellyasiya şikayəti verib.
 
Sabiq icra başçısı Şirvan Apellyasiya Məhkəməsinə təqdim edilən şikayət ərizəsində bəraət istəyib.
 
Xatırladaq ki, Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. O, Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.
 
Qeyd edək ki, N.Zeynalov külli miqdarda mənimsəmə, israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət alma və s. əməllərdə ittiham olunurdu. O, 5 milyon manatdan artıq vəsaiti mənimsəmədə və rüşvət alma yolu ilə ələ keçirməkdə təqsirli bilinirdi. O, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə keçmiş məmur 12 il müddətə azadlıqdan məhrum edilib.
Baxış sayı: 313
Paylaş: