Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.
 
İlk oyun günündə 5 qarşılaşma baş tutacaq.
 
Azərbaycanlı azarkeşlərin maraqla gözlədiyi qarşılaşmalardan biri Bolqarıstanda baş tutacaq. Yığmamızın üzvü Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su səfərdə “Lüdoqorets”in qonağı olacaq.
 
Azərbaycanı qitənin bir nömrəli yarışında təmsil edən “Qarabağ” isə Macarıstan “Ferentsvaroş”unu sabah qəbul edəcək.
 
Çempionlar Liqası
 
III təsnifat mərhələsi, ilk oyunlar
 
2 avqust
 
21:00. “Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya)
 
21:45. “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya)
 
22:00. “Monako” (Fransa) - PSV (Niderland)
 
22:45. “Yunion” (Belçika) – “Reyncers” (Şotlandiya)
 
23:00. “Benfika” (Portuqaliya) – “Midtüllann” (Danimarka)
Baxış sayı: 250
Paylaş: