Bu gün şəhid olan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu əslən Şəmkir rayonundadır.

 A.Kazımov 2004-cü ilin fevralın 16-da rayonun Qaracəmirli kəndində doğulub.

O, bu ilin aprel ayında Şəmkir Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.

Hazırda doğulduğu rayonda şəhidin dəfni ilə bağlı hazırlıq işləri görülür. A.Kazımovun nəşinin nə vaxt rayona gətiriləcəyi hələ ki məlum deyil.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.Oxu.az

Laçında şəhid olan 4 ayın əsgəri Anar Kazımovun ürəkdağlayan - FOTOSU
Baxış sayı: 268
Paylaş: