"Azərbaycan Ordusunun “Qisas” əməliyyatını dəstəkləyir və şanlı ordumuza uğurlar arzulayıram. Qarabağda silahlı erməni ünsürlərinin çıxarılması və tərksilah olunması üçün birliyimiz vacibdir".

Bunu deputat Razi Nurullayev deyib. O bildirib ki, Qarabağ məsələsində iqtidar-müxalifət, ac-tox, yaxşı məmur-pis məmur, yaxşı oğlan-pis oğlan, razı-narazı məsələləri olmamalıdır:

"Bu məsələlər başqa müstəvilərdə müzakirənin mövzusudur. Elə başqa müstəvilərdə də müzakirə edilir, dartışılır, tənqid edilir. Qarabağ məsələsində isə hamımızın bir amalı var: Qarabağ Azərbaycandır! Azərbaycan ərazisində meydan sulayan qeyri-qanuni erməni silahlı qüvvələrinin çıxarılması, o cümlədən separatçı silahlı erməni birləşmələrinin tərksilah olunması normallaşma prosesi üçün əsas şərtlərdən birdir. Onun üçün də ordumuza və Prezidentə dəstək olaq ki, onlar bu işi uğurla başa çatdırsınlar. Yavaş-yavaş olsa da Xankəndiyə yaxınlaşırıq, separatçı qüvvələrin ayaqları altından isə torpaq qaçır".

 
Baxış sayı: 196
Paylaş: