Gecə saatlarında Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
 
Bakı Olimpiya Stadionunun arxasından keçən yeni salınmış yolda “Ford” markalı avtomobil 1989-cu il təvəllüdlü Bahar Abbasovanı vurub. Ağır xəsarətlər alan 33 yaşlı qadın hadisə yerində vəfat edib.
 
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Baxış sayı: 187
Paylaş: