“Azərbaycanın Londondakı səfirliyinə hücumun himayəçisi Britaniya rəsmiləridir.”
 
Gunaydin.az xəbər verir ki, belə bir iddia ilə tanınmış media eksperti Ələsgər Əhmədoğlu çıxış edib.
 
O, dini radikal qruplaşmaya məxsus olan yutub kanalında yayımlanan 2 saat 6 dəqiqəlik videonu izləyərək bu qənaətə gəldiyini qeyd edib: "Videonu izlədikdən sonra dəqiq bu qənaətə gəlmək olur ki, London səfirliyinə hücumun himayəçisi (hətta bəlkə təşkilatçısı da?) Britaniya rəsmiləridir. Vandalizm olayı tam polis nəzarətində baş verir”, - deyə media eksperti yazıb.
 
Qeyd edək ki, ötən gün Azərbaycanlın Londondakı səfirliyi radikalların hücumuna məruz qalıb. 
Baxış sayı: 205
Paylaş: