Daxili İşlər Nazirliyi (DİN) Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevi saxlayan yol polislərinin işdən çıxarılması ilə bağlı yayılan iddialara münasibət bildirib.
 
 DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, yol polislərinin daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
 
Qeyd edək ki, bir neçə gün öncə Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin idarə etdiyi avtomobilin saxlanmasını əks etdirən görüntülər yayılıb. Hadisə vaxtı keçmiş sədr idarə etdiyi “Mercedes Galendevagen” markalı, 90 AA 978 dövlət qeydiyyat nişanlı avtomobildən düşərək yol polisi əməkdaşlarına əsəbiləşmişdi.
 
Bu gün həmin yol polislərinin polislərin daxili işlər orqanlarından xaric olunması ilə bağlı məlumatlar yayılmışdı.
 
Baxış sayı: 547
Paylaş: