Türkiyənin “Çimtaş” şirkəti tərəfindən hazırlann dünyanın ən hündür bayraq dirəyi artıq Azərbaycana gətirilib.
 
Gunaydin.az Trend-ə istinadən xəbər verir ki, Bakıda dirək platformasının ümumi hündürlüyü 191 metr olan dünyanın ən hündür bayraq dirəyinin quraşdırılması prosesi aparılır.
 
Dirək əsasından yuxarıya qədər diametri 5,7 m-dən 2 m-ə qədər, çəkisi 230 ton ilə 13 ton arasında olan 9 polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək, fırlanan seqmentdən ibarət olacağı gözlənilir.
 
<iframe width="720" height="480" src="https://www.youtube.com/embed/9qk_CTy0xc4" title="Dünyanın ən hündür bayraq dirəyi artıq Azərbaycana gətirilib" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>
Baxış sayı: 556
Paylaş: