Peşəkar Futbol Liqasında (PFL) struktur dəyişikliyi edilib.
 
Bu barədə qurumun məlumatında bildirilib. Qeyd olunub ki, yeni vitse-prezident postu yaradılıb.
 
Yeni yaradılmış posta artıq təyinat rəsmiləşdirilib. Uzun illərdir ki, PFL-də çalışan Aslan Şahgəldiyev vitse-prezident təyin olunub.
 
Qeyd edək ki, Aslan Şahgəldiyev 2004-cü ildən futbol sahəsində çalışır. O, 2004-cü ildən 2009-cu ilədək “Karvan” klubunda fəaliyyət göstərib. Azərbaycan çempionatının gümüş, bürünc medallarını qazanmış və avrokuboklarda mərhələ keçmiş komandanın idarə heyətində yer alıb. Şahgəldiyev 2009-cu ildən bu günədək Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri idi.
 
Baxış sayı: 637
Paylaş: