“Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Tarif Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli Qərarı ilə ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı tarifi 695,75 manatdan 689,78 manata endirilib. Nəticədə, istehsalçı tarifindən yanacağın hər tonuna görə hesablanan və dövlət büdcəsinə ödənilən aksiz vergisinin məbləğində azalma baş verib. Həmin azalmanın kompensasiya edilməsi məqsədilə, “Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 35 nömrəli Qərarında dəyişiklik edilib.
 
Bu barədə Baş nazir Əli Əsədov qəar imzalayıb.
 
Həmçinin, növbəti ildən etibarən, yanacağın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müəyyən etdiyi satış məntəqələrindən daşıyıcılar tərəfindən Naxçıvan Muxtar Respublikasına daşınmasına “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş təchizat tarifinin yuxarı həddindən artıq çəkilən xərclərin qarşılanması dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə ayrılan dotasiyanın tərkibində nəzərdə tutularaq həmin vəsaitdən ödənəcək.
 
Cari ildə bu məqsədlə dövlət büdcəsinin ehtiyat fondundan 5 milyon manat vəsait ayrılıb.
 
Baxış sayı: 457
Paylaş: