Bu gün Avropa Liqasında II turun oyunları keçiriləcək.
 
Azərbaycan çempionu "Qarabağ" ilk ev matçına çıxacaq.
 
Köhlən atlar bu dəfə Fransa "Nant"ı ilə qarşılaşacaq. Ötən həftə Almaniyada "Frayburq"a 1:2 hesabı ilə uduzan ağdamlılar ilk xallarını qazanmaq üçün mübarizə aparacaq.
 
Cari mövsümdə evdə uduzmayan "Qarabağ" uğurlu seriyanı davam etdirmək və favorit sayıldığı qarşılaşmadan itkisiz ayrılmağa çalışacaq. İlk turda "Olimpiakos"u məğlub edən qonaqlar isə səfər sindromunu qırmaq arzusundadır.
 
Qeyd edək ki, qrupun digər oyununda "Olimpiakos" Yunanıstanda Almaniya təmsilçisi "Frayburq"u qəbul edəcək.
 
Baxış sayı: 268
Paylaş: