Bakıda qardaş bacısını bıçaqlayıb.
 
"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Nizami rayonunda baş verib. Birlikdə yaşadıqları ünvanda 2001-ci il təvəllüdlü Aydın Əliyev (ad-soyadlar şərtidir) bacısı Aynurə Əliyevaya bıçaqla xəsarətlər yetirib. Hadisə qısqanclıq zəmnində baş verib.
 
Belə ki, A.Əliyev bacısının telefonda başqa şəxslərlə mesajlaşdığını görüb və mətbəxdən götürdüyü bıçaqla cinayət əməlini törədib. 
 
Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
 
Qeyd edək ki, cinayəti törədən şəxs "İST Petrol"un (yanacaqdoldurma məntəqəsi) əməkdaşıdır.
Baxış sayı: 304
Paylaş: