Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə səfər etməyi planlaşdırır.
 
Gunaydin.az  “Blumberq” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə lideri ABŞ-da yəhudi icmasının yüksək səviyyəli bir neçə nümayəndəsi ilə görüşdə deyib.
 
Ərdoğan mümkün səfərin tarixi barədə məlumat verməyib.
 
Qeyd edək ki, bu həftə BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində Rəcəb Tayyib Ərdoğanın İsrailin Baş naziri Yair Lapidlə də görüşü planlaşdırılır.
 
Baxış sayı: 304
Paylaş: