Bir müddətdir ki, bulvar ərazisində bəzi atraksionların istifadəsi dayandırılıb, bir neçə atraksion sökülüb.
 
Bir neçə ay əvvəl Dənizkənarı Bulvar İdarəsinin sədrinin müşaviri Könül İmamverdiyeva bildirmişdi ki, həmin atraksionların istismar müddəti bitdiyi üçün ərazidən götürülüb.
 
Amma hələki köhnələrinin yerinə yeniləri gözə dəymir.
 
Məsələ ilə bağlı Trend-ə açıqlama verən K.İmamverdiyeva bu dəfə bildirib ki, yeni atraksionların quraşdırılması üçün iş gedir:
 
"Hazırda yeni atraksionların quraşdırılması ilə bağlı investorlarla danışıqlar aparılır və layihə üzərində işlər gedir”, - deyə K.İmamverdiyeva əlavə edib.
 
Baxış sayı: 232
Paylaş: