Rusiya müharibənin 215-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
 
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
 
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 302 təyyarəsi, 155 helikopteri, 2087 PUA-sı, 377 zenit-raket kompleksi, 5114 tank və digər zirehli texnikası, 845 reaktiv yaylım atəş sistemi, 3417 artilleriya və minaatanı, 5904 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
 
Baxış sayı: 610
Paylaş: