Bu gün səhər saatlarında “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki avtobus dayanacaqlarında kişilərin kütləvi şəkildə polis tərəfindən yoxlanılması baş verib.
 
Xeyli sayda polis əməkdaşı ərazidəki kişilərdən şəxsiyyət vəsiqələrini tələb edərək, bort-komputer vasitəsilə yoxlayıb.
 
Yoxlamanın hansı məqsədlə aparılması üçün Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətindən bildirildi ki, həmin ərazidə aktiv koronavirus xəstəsinin olduğuna dair şübhələr yarandığı üçün polis əməkdaşları tərəfindən müvafiq yoxlama aparılıb.
 
Baxış sayı: 556
Paylaş: