Türkiyənin Bartın vilayətinin Amasra ilçəsində daş kömür mədənində qaz sızması nəticəsində partlayış baş verib.
 
Bu barədə yerli media məlumat yayıb.
 
Dağıntılar altında işçilərin qaldığı bildirilir.
 
Hadisə yerinə təcili yardım briqadaları cəlb edilib.
 
***
 
Türkiyənin Bartin vilayətinin Amasra rayonunda daş kömür mədənindəki partlayışın dağıntıları altından 11 nəfər xilas edilib.
 
Bu barədə Amasra rayonunun bələdiyyə başçısı Recai Çakır jurnalistlərə açıqlamasında bildirib.
 
Onun sözlərinə görə, dağıntılar altında ümumilikdə 87 nəfər olub, onlardan 2-i yaralı halda çıxarılıb.
 
***
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə energetika və təbii sərvətlər naziri Fatih Dönməz və daxili işlər naziri Süleyman Soylu Bartın vilayətində daş kömür mədənindəki partlayış baş verən əraziyə yola düşüblər.
 
Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
 
Baxış sayı: 889
Paylaş: