Xalq artisti Brilliant Dadaşova qonaq olduğu "Astar" verilişində uzun illərdir küsülü olduğu həmkarı Faiq Ağayevdən danışıb.
 
Verilişin aparıcısı Ülvira Qarayeva ad çəkmədən onlar arasınsa bu qalmaqalın nə vaxtsa bitib-bitməyəcəyi ilə bağlı sual ünvanlayıb.
 
“Sən ölmüş valideynlərini təhqir edən, söyüşlər söyən insanı bağışlayarsanmı? Əlini ürəyinə qoy de, bağışlayarsanmı? Onda mənə bu sualları vermə. O çıxdığı proqramlara heç vaxt çıxmıram. Hətta məndən bir ay əvvəl çıxsa belə, o verilişə getmərəm. Bu yaxınlarda Eldar Mansurovun yubileyi oldu, oraya mən getməyəcəkdim. Oranı mikrobdan təmizlədilər, sonra mən getdim” deyə, Dadaşova bildirib. 
 
Baxış sayı: 592
Paylaş: