Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin sürücüsü idarəetməni itirib.
 
Nəticədə avtomobil yoldan çıxaraq qaz borusuna çırpılıb. Qəza nəticəsində 2 nəfərin xəsarət aldığı bildirilir.
 
Hadisə yerinə təcili tibbi yardım birqadası cəlb olunub.
 
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı: 2401
Paylaş: