Xəbər verdiyimiz kimi, dünən Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib.
 
Gunaydin.az Unikal.org-a istinadən xəbər verir ki, həmin vaxt nazir Anar Kərimov iş yerində olmayıb.
 
A.Kərimov DTX-nın əməkdaşlarının nazirlikdə olduğunu biləndə işə gəlmək istəsə də, sonra fikrindən daşınıb.
 
Nazirliyin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova açıqlamasında nazir Anar Kərimovun dünən işdə olmadığını təsdiqləyib.
 
O bildirib ki, nazir hazırda iş başındadır.
 
Baxış sayı: 619
Paylaş: