İki gün sonra Qətərdə start götürəcək futbol üzrə dünya çempionatı zamanı stadionlarda və onlara bitişik ərazilərdə pivə satışı qadağan olunacaq. 
 
Bu barədə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) məlumat verib və qeyd edib ki, bu qərar Qətər hakimiyyəti ilə çempionatın əsas sponsorlarından biri olan "Budweiser" pivə şirkəti AB InBev arasında uzunmüddətli danışıqlardan sonra verilib.
 
"Müzakirələr nəticəsində spirtli içkilərin satışının azarkeşlər üçün nəzərdə tutulmuş xüsusi zonalarda və lisenziyalı müəssisələrdə cəmləşdirilməsi, stadionlar və onların ətrafından içki satışı məntəqələrinin yığışdırılması qərara alınıb", - FİFA-nın rəsmi nümayəndəsi bildirib. 
 
“Çempionata gələn xeyli sayda azarkeş alkoqolun yerli mədəniyyətdə böyük yeri olmayan Yaxın Şərq və Cənubi Asiyadandır. Məhz buna görə də spirtli içkilərin olması həmin insanlarda narahatlıq yarada bilər”, - FİFA nümayəndələri bildiriblər.
Baxış sayı: 304
Paylaş: