Bu gün YAP-ın yaranmasının 30 illiyi qeyd edilir.
Ulu Öndər Heydər Əliyevin qurucusu və təsisçisi olduğu Yeni Azərbaycan Partiyası olmadan Müstəqil Azərbaycan Respublikasının ictimai - siyasi həyatını təsəvvür etmək mümkün deyildir.
YAP fəaliyyət dövrü ərzində Vətənimiz Azərbaycanın inkişaf istiqamətini müəyyənləşdirən Azərbaycançılıq ideologiyasının mənbəyinə çevirilmişdir.
Prezidentimiz cənab lham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası ümummilli siyasi təşkilat olaraq, ölkə daxilində və ölkədən kənarda Azərbaycanı hər zaman layiqincə təmsil edir.
Dövlətimizin demokratik, hüquqi, dünyəvi, sosial yönümlü prinsiplərlə idarə olunmasında və sivil vətəndaş cəmiyyətinin formalaşmasında önəmli rol oynayır.
"Dialoq və İnkişaf Naminə" İctimai Birliyinin (DİNİB) adından YAP-ın yaranmasının 30 - cu ildönümü münasibəti ilə başda cənab Prezidentimiz İlham Əliyev olmaqla bütün Partiya üzvlərini təbrik edirəm!
Yeni Zəfərlərə doğru!
Hörmətlə,
Çingiz Bayramov
DİNİB sədri