Ulu öndərimizin bu yanaşmasından irəli gələn bu məna dolu bir yol, daima həyatımızın, yaşam tərzimizin bütün mərhələlərində və sahələrində çox aktualdır
 
Ulu öndərimiz Heydər Əliyev – “Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır” demişdir. Onun bu sözləri 31 avqust 1998 –ci ildə Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin ümumrespublika toplantısına dəvət zamanı, dəvətnamənin üzərinə qeyd edilmişdir. Qeyd edilən yanaşması ilə Dövlətimizin ideologiyasını qurub, yönətməsi və gələcək nəsillərə ötürməsi öz bəhrəsini verdi və verməkdə də davam edir. 
 
Ulu öndərimizin bu yanaşmasından irəli gələn bu məna dolu bir yol, daima həyatımızın, yaşam tərzimizin bütün mərhələlərində və sahələrində çox aktualdır. Ona görə də diqqətə çatdırmaq istədiyimiz, araşdırma, təhlil və elmi xarakterli məqalələrin Günaydın.az saytında yayımlanmasına da böyük ehtiyyac olduğundan, belə məsələlərə mütamadi olaraq müraciət edərək, dərc ediləcəyi ümüdindəyik.
Dünyada alimlər "İnsan Aləmi"ni və eyni zamanda “İnsannın Yaşam Dünyası”nı təsvir etməyə, öyrənməyə çalışırlar və bu çox aktual bir elmi məsələ hesab edilməkdədir. Bu kimi məlumatları toplayan, ortaq fəaliyyət ortaya qoyaraq yayımlayan internet saytlarından birinin tarixcəsini və həmin saytı yaradanların fikirlərini qeyd etmək yerinə düşərdi. 
Beynəlxalq sindikatlaşdırılmış Earth & Sky Radio Series 2005-ci ilin sentyabr ayının 21-də öz internet saytında "İnsan Dünyası" adlandırdığı mövzu ilə bağlı xüsusi reportajın başladığını elan etdi. Onların hesabatlarında 50 aparıcı alim İnsan Dünyasını iqtisadiyyat, səhiyyə, nəqliyyat, urbanizasiya, enerji, su, insan beyni, insanların sosial qarşılıqlı əlaqəsi, insan dəyərləri və s. kimi müxtəlif elmi perspektivlərdən təsvir etməyə başladılar.
"İnsan Aləmi paradiqması yenidir. O, Yer və onun insanları haqqında yeni düşüncə tərzini təklif edir," Earth & Sky, Inc-in İcraçı Direktoru Rayan Britton deyib. Yerin ilk şəkilləri kosmosdan qaytarılanda hamımız anladıq ki, biz su planetində yaşayırıq. Bu, İnsan Dünyasıdır." O əlavə edib: "Bir çoxları artıq insan fəaliyyətinin Yerə təsir etdiyi fikrini qəbul edib. Lakin İnsan aləmi paradiqması bu fikirdən DAHA ÇOXDUR". 
Earth & Sky Radio Series-in icraçı prodüseri Deborah Byrd bildirib ki, “İnsanlar sadəcə Yerə təsir etmir, Yer və onun insanları bir-birlərinə qarşılıqlı təsir göstərirlər”. "Bəli, bu gün Yer kürəsində milyardlarla insan var. Bu fakt bizim yer kürəsində yaşamaq tərzimizi dəyişir. Lakin insanlar həmişə fikir mübadiləsi aparıblar, insan əhalisi və problemlərinin mürəkkəbliyi artdıqca, bəşəriyyətin baxışları bölüşmək və kollektiv şəkildə həll etmək qabiliyyətində irəliyə doğru böyük sıçrayış olub. Veb saytımızda yer alan elm adamları bunu etməyə çalışırlar və onların dünyaya baxışları son dərəcə cəlbedicidir." “21-ci əsrin İnsan Aləmində, qarşısı alınmalı olan problemlər var, lakin bizim onları həll etmək üçün alətlərimiz də var. İnanırıq ki, ilk addım ictimai məlumatlılıqdır. Earth & Sky-ın İnsan Dünyası xüsusi hesabatı hər şey haqqındadır" deyib. Onların hesabatlarını www.earthsky.org saytında tapmaq mümkündür. Mənbələri isə  Milli Akademiyalardır.  
Deborah Byrd, Joel Block ilə birlikdə 1991-ci ildə EarthSky radio seriyasını yaratdı və 1994-cü ildə EarthSky.org-u qurdu (tərcüməsi “Yer Səması” deməkdir) və veb-saytın baş redaktoru kimi fəaliyyət göstərdi. O, onun öz şərəfinə 3505 Byrd adlı asteroidə sahib olmaq da daxil olmaqla, yayım və elm icmalarından bir çox mükafat qazanıb. 1976-cı ildən elm kommunikatoru və pedaqoq olan Byrd elmə dünyada yaxşılıq üçün bir qüvvə və 21-ci əsr üçün həyati alət olduğuna inanır. Deborah Byrd (1 mart 1951-ci ildə San Antonio, Texasda anadan olub) — amerikalı elmi jurnalistdir. Google Analytics-in məlumatına görə, vebsayt 2019-cu ildə 21 milyondan çox istifadəçiyə xidmət göstərib.
Byrd Sakit Okean Astronomiya Cəmiyyətinin Klumpke-Roberts Mükafatının erkən qalibi idi. 2003-cü ildə Byrd-in rəhbərliyi altında Earth & Sky "tədqiqat və gündəlik elmin izahatlarını dünya miqyasında auditoriyaya çatdırmaqda əldə etdiyi nailiyyətə görə" ABŞ Milli Elm Şurasının İctimai Xidmət Mükafatını qazanan ilk radio şousu olubdur. O, Yer və Səma radio proqramına və veb saytına verdiyi töhfələrə görə tanınıb, bütün bunlar onun elm üçün təbliğatını və ömür boyu təhsil sahəsində xidmətini təcəssüm etdirir. 
Belə elmi məlumatları toplayan, yayımlayan internet saytının tarixcəsini və həmin saytı yaradanların fikirlərini qeyd etməkdə əsas məqsəd elmi jurnalistikanın və buna bənzər fəaliyyətlərin önə çəkilməsidir, ictimai məlumatlılığın təmin edilməsinə töhfələri daha da zənginləşdirməkdir. Eyni zamanda “Dialoq və İnkişaf Naminə” İctimai Birliyimizin və Güaydın.az saytımızın fəaliyyət istiqamətlərinə töhfə verə biləcəyinə böyük inamımızın olduğundan, həm də dünya miqyasında çox önəmsənilən, izlənilən və  beynəlxlq ictimai əhəmiyyti olduğundan, bu kimi məsələrə toxunmağı lazım bildik.
Qeyd etmək istərdik ki, İnsanın məna aləmi (The world of human meaning) öyrənən, araşdıran, tədqiq edən dünya miqyasında tanınan ciddi, Azərbaycanlı alimlərimiz vardır. Onlar elmə böyük töhfələr veriblər və verməkdədirlər. Elə həmin alimlərdən biri fəlsəfə elmləri doktoru Azad Yusifin qeyd etdiyi kimi desək, insanın məna aləmini qərb araşdırır, tədqiq edir, ancaq bunu tam öyrənə bilmirlər, bu baximdan da şərq aləmindəki və İslam Dini inancları yüksək elmi əsaslarla olan alimlərə ehtiyyac və tələb yaranmışdır. 
Sual yarana bilər ki, İnsanın məna aləmini öyrənib, ondan nəticələr çıxarmaq bizə nə verə bilər? İsanın məna aləmini dərk etmək, onu anlamaq bizə çox şeylər verə bilər. Məsələn, bunlardan biri olan xüsusi hala diqqət yetirək. Bakı şəhərinin ictimai nəqliyyat və şəxsi nəqliyyatdan istifadə sektorunun durumu hamımızın gözü önündədir və tıxacların yaratdığı fəsadlardan əziyyət çəkməyən qalmır. Bəs, nəqliyyat elə İnsan Dünyasının əsas elmi perspektivlərindən, aspektlərindən biri, sırada isə üçüncüsu deyilmi? Deməli İsanla, İnsan cəmiyyətləri ilə bağlı hər hansı bir mürəkkəb görünən problemin elmi həllinə cəhd edilərkən, insanın fiziki və bioloji varlığından çox, onun məna aləmi öyrənilməli, nəticələr çıxarılmalıdır. Sonra isə səbəb və nəticələr əsasında da tədbirlər görülüb həll edilməlidir. Dünya alimlərinin gəldiyi qənaət belədir ki, insanın mövcudluğunda onun məna aləmi 60%, fiziki-bioloji varlığı isə 40% təşkil edir.  
Elm, təhsil eyni zamanda dünya və aləmi, onun əsrarəngiz çalarlarını dərk edib duymaq üçün bir vasitədir. İndi dünya ölkələrinə inteqrasiyası vacib olduğu, intellekt savaşı getdiyi zamandır. Torpaqlarımızın işğaldan azad edilməsi millətimizin azad, firavan yaşaması üçün bütün bilik və bacarıqlara yiyələnən vətəndaşlarımıza böyük ehtiyac vardır. Çünki elmi biliklərə malik bir ölkənin gücü, qüdrəti böyük olar. Elmin mənbəyi evimizdən, bağçadan və məktəbdən başlanır. Elm öyrənmək böyük zəhmət, qabiliyyət və zaman tələb edir. Bu işdə bilikli, dünyagörüşlü, milli dəyərlərimizi ifadə edən müasir texnikaya, onun nailiyyətlərinə yiyələnmiş vətənpərvər, fədakar insanlarımız böyük rol oynayırlar.
APA xəbər verib ki, 17 noyabr 2022-ci il tarixində “LİBRAFF”ın ˝Park Akademiya˝ filialında Dünya Fəlsəfə Günü münasibətilə "Fəlsəfə gecəsi" keçirilib. Tədbirin qonağı görkəmli filosof, AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, Beynəlxalq Fəlsəfə Araşdırmaları Mərkəzinin rəhbəri Səlahəddin Xəlilov (Əbu Turxan) olub. O, ˝Fəlsəfə və milli özünüdərk˝ haqqında danışaraq ˝Fəlsəfə nədir?”, “Bizə fəlsəfə lazımdırmı?”, “Fəlsəfə və milli şüur, fəlsəfə və elm, fəlsəfə və din, fəlsəfə və ədəbiyyat, fəlsəfə təhsili və təhsilin fəlsəfəsi˝ mövzuları ətrafında qonaqlarla müzakirələr aparıb. Hər kəsə açıq olan tədbirdə tanınmış ictimai şəxslər, professorlar, filosoflar və çoxlu sayda fəlsəfə sevərlər iştirak ediblər. 
Hələ XII əsrdə Dahi şairimiz Nizami Gəncəvi alimin rütbəsinin ən uca rütbə olduğunu necə ifadə etdiyini hamımız yaxşı bilirik. Damladan dəryaya, ilmədən naxışa, güldən gülüstana: fikrin qönçələri gül açır, bir FİKİR GÜLÜSTANI yaranır deyən alimimiz Səlahəddin Xəlilovun (Əbu Turxanın), eləcə də başqa bu kimi fikirlər irəli sürən alimlərimizin, fikirlərindən yaralanmaq, eləcə də  ictimai məlumatlılığı zənginləşdirmək baxımından bu kimi məqalələrimizi təqdim etməkdə davam edəcəyik.
 
 “Dialoq və İnkişaf Naminə” İctimai Birliyin idarə heyətinin üzvü-Vidadi Məmmədov.
Baxış sayı: 3031
Paylaş: