Xəbər verdiyimiz kimi, Milli Məclisdə parlamentdə təmsil olunan bütün siyasi partiya nümayəndələrinin müraciəti əsasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanıb.
 
Milli Məclisdən verilən məlumata görə, sənədin ictimai əhəmiyyətini nəzərə alaraq, qanun layihəsi ilə bağlı siyasi partiyaların, Qeyri-Hökumət Təşkilatlarının, politoloqların və sosial media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilib.
 
Bu dinləmələrdə və ictimai müzakirələrdə qanun layihəsi ilə bağlı verilən təkliflər, səslənən fikirlər, qeydlər nəzərə alınmaqla qanun layihəsinin yenilənmiş variantı Milli Məclisin internet səhifəsinə yerləşdirilib.
 
Qanun layihəsinin yenilənmiş variantı ilə aşağıda göstərilən keçiddən istifadə edərək tanış olmaq olar.
 
https://meclis.gov.az/news-layihe.php?id=1880&lang=az&par=0
Baxış sayı: 313
Paylaş: