PKK/YPG terror qruplaşması Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinin Karkamış vilayətinə 5 raket atıb.

Bu barədə “Habertürk” məlumat yayıb.

Hadisə nəticəsində 2 nəfər ölüb. Ümumilikdə 6 nəfər yaralanıb, 2-sinin vəziyyəti ağırdır. Əraziyə təcili tibbi yardım avtomobilləri və xilasedicilər cəlb olunub.

Qeyd edək ki, ötən gün də Suriya ərazisindən Türkiyənin Kilis əyalətinə raket zərbələri endirilmiş, nəticədə 7 polis əməkdaşı yaralanmışdı.

***

Türkiyənin daxili işlər naziri Süleyman Soylunun sözlərinə görə, hadisə nəticəsində 3 nəfər həlak olub: “Ölənlərin biri müəllim, digəri isə şagirddir. Daha 10 nəfər xəsarət alıb”.
 

Baxış sayı: 700
Paylaş: