“Bakı metropoliteni “yaşıl xətt” üzrə “Dərnəgül” stansiyasından “Koroğlu” stansiyasına qədər tikiləcək 3 yeni stansiyanın layihə-smeta sənədlərinin hazırlanmasını başa çatdırıb”.
 
Bu barədə bu gün Trend-ə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.
 
O bildirib ki, xətt üzrə bütün sənədləşmə işləri hazırdır:
 
“Tikinti barədə tapşırıq verilən kimi dərhal işlərə başlanacaq. Hazırda tikintiyə başlamaq üçün lazım olan bütün şərait var. Metropolitenin tikintiyə başlamaq üçün kifayət qədər texniki və zehni potensialı mövcuddur”.
Baxış sayı: 304
Paylaş: