Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində bu gün daha 4 oyun keçiriləcək.
 
Günün ilk görüşü G qrupunda baş tutacaq. Bakı vaxtı ilə saat 14:00-da start götürəcək qarşılaşmada İsveçrə və Kamerun yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər. Bu qrupun digər matçında isə Braziliya milli komandası Serbiya ilə üz-üzə gələcək. Həmin görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 
H qrupunda Uruqvay və Cənubi Koreya yığmaları Bakı vaxtı ilə saat 17:00-da, Portuqaliya və Qana seçmələri isə saat 20:00-da qarşılaşacaqlar.
 
DÇ-2022
 
24 noyabr
 
G qrupu
 
14:00. İsveçrə - Kamerun
 
Baş hakim: Fakundo Telyo (Argentina)
 
“Əl-Canub” stadionu
 
23:00. Braziliya - Serbiya
 
Baş hakim: Alireza Faqani (İran)
 
“Lusail” stadionu
 
H qrupu
 
17:00. Uruqvay - Cənubi Koreya
 
Baş hakim: Kleman Türpen (Fransa)
 
“Edyukeyşn Siti” stadionu
 
20:00. Portuqaliya - Qana
 
Baş hakim: İsmail Elfat (ABŞ)
 
“Stadiium 974” arenası.
 
Baxış sayı: 304
Paylaş: