Çay mədəniyyəti UNESCO-nun Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib.
 
“Report” xəbər verir ki, bu nominasiya UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 17-ci sessiyasında qəbul edilib.
 
“Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi” nominasiyası Azərbaycan və Türkiyə nümayəndə heyətləri tərəfindən birgə hazırlanıb.
 
Bundan başqa, pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri UNESCO-nun Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib.
 
“Bu mədəni irs idmançılar tərəfindən nəsildən-nəslə ötürülən ənənəvi fiziki məşqlərin müxtəlifliyinə aiddir”, - Azərbaycanın UNESCO yanında Nümayəndəliyinin “Twitter” səhifəsində məlumat verilib.
 
“Molla Nəsrəddin” lətifələrinin şifahi ənənəsi də UNESCO-nun Qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilib.
 
Bu nominasiya Azərbaycan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan və Qazaxıstan tərəfindən irəli sürülüb.
 
Baxış sayı: 583
Paylaş: