Ukrayna müharibənin 283-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
 
Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
 
Bildirilib ki, Rusiya indiyə qədər 90 600 hərbçi, 2 917 ədəd tank, 5 886 ədəd zirehli döyüş maşını, 1 906 ədəd artilleriya sistemi, 395 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 210 hava hücumundan müdafiə sistemi, 280 ədəd hərbi təyyarə, 263 ədəd helikopter, 4 472 ədəd avtomobil texnikası, 1 572 ədəd PUA, 531 qanadlı raket, 16 gəmi/qayıq, 163 xüsusi avadanlıq itirib.
Baxış sayı: 736
Paylaş: