Qətərdə keçirilən dünya çempionatında bu gün üçüncü yer uğrunda oyun keçiriləcək.
 
Bürünc medal görüşündə Xorvatiya və Mərakeş yığmaları üz-üzə gələcəklər.
 
“Xəlifə” stadionunda oynanılacaq matçı qətərli FIFA referisi Əbdülrəhman Əl-Cassim idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
 
İki kollektiv mundialda eyni qrupda yer alıb. F qrupunu Afrika təmsilçisi 7 xalla 1-ci, avropalılar isə 5 xalla 2-ci pillədə tamamlayaraq, pley-offa adlayıb. Komandaların qrup mərhələsindəki duelində qolsuz heç-heçə qeydə alınıb.
 
Xorvatiya millisi qələbə qazanacağı halda tarixində 2-ci dəfə dünya üçüncüsü olacaq. “Damalılar” ilk dəfə DÇ-1998-də Niderlandı 2:1 hesabı ilə məğlub edərək bu titula sahib çıxıblar.
 
Mərakeş isə tairixində ilk dəfə mundialda 3-cü yer uğrunda mübarizə aparacaq.
 
Qeyd edək ki, dünya çempionatına dekabrın 18-də Argentina və Fransa milli komandaları arasında keçiriləcək final matçı ilə yekun vurulacaq.
 
DÇ-2022
 
3-cü yer uğrunda oyun
 
17 dekabr
 
19:00. Xorvatiya - Mərakeş
 
Baş hakim: Əbdülrəhman Əl-Cassim (Qətər)
 
“Xəlifə” stadionu
 
Baxış sayı: 2059
Paylaş: