Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə Qarabağ məsələsini müzakirə edib. 
 
Bu barədə "RİA Novosti" məlumat dərc edib. 
 
O, Qarabağda vəziyyətin nizamlanmasının əsas müzakirəyə çevrildiyini bildirib: "Əlbəttə, əsas məsələ bütövlükdə Cənubi Qafqazda vəziyyətin nizamlanması, Ermənistan-Azərbaycan münasibətləri və Qarabağla bağlı hər şeydir". 
 
Ağarza Elçinoğlu 
 
xxx
 
13:52
 
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilir.
 
"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki,  görüş Sankt-Peterburq şəhərində baş tutub.
 
Baxış sayı: 1888
Paylaş: