Mütəxəssislər Rusiyanın bütün regionlarında A (H1N1) 2009 və ya “donuz qripi” ştammını qeydə alıblar.
 
Bu barədə jurnalistlərə “Rospotrebnadzor”un mətbuat xidmətindən məlumat verilib:
 
“Qripin ən çox yayılmış ştammı hələ də Rusiyanın bütün regionlarında qeydə alınan A (H1N1) 2009-dur”.
 
Bildirilib ki, Rusiyada dolaşan respirator viruslar arasında qrip virusları üstünlük təşkil etməkdə davam edir. Belə ki, onlar respirator infeksiyaların strukturunda 76,5% təşkil edir.
 
Mənbə: TASS
 
Baxış sayı: 1870
Paylaş: